-
-
218 m
24 m
0
1,5
2,9
5,87 km

1 kere bakıldı , 0 kere indirildi

yer Parakənd, Lənkəran (Azərbaycan Respublikası)

Start point: Hirkan NP
End point: Hirkan NP
Distance: 7 km
Start altitude: 30m
End altitude: 20m
Ascent: 222m
Descent: 267m
Duration: 3 hours

Xanbulan gölü Lənkəran rayonunda yerləşən su anbarıdır. Göl Lənkəran şəhərindən cənub-qərb istiqamətdə 17 km məsafədə yerləşir. Xanbulan gölü dəniz səviyyəsindən 73 metr hündürlükdədir.
Göl Hirkan Milli Parkında yerləşir. Gölə Hirkan qəsəbəsindən bir neçə yerdən piyada cığırlar vardır. Xanbulan gölü gözəl mənzərəyə malik uzunluğu 5 km`ə yaxın eni isə 2 km`dən yuxarı olub hər tərəfdən meşəlik ərazi ilə əhatələnmiş, 1976-cı ildə istismara verilmiş su anbarıdır.
Gölün yerləşdiyi ərazinin yaxınlığında Apu, Daştatük, Parakənd kəndləri yerləşir ki, bu kəndlərin əhalisi talış xalqları olub özlərinə məxsus talış dili və mədəniyyəti vardır. Hirkan Milli Parkı zəngin fauna və floraya malikdir. Marşrut üzərində Palıd və yaşı 300 ilə qədər olan Dəmir ağacları eləcə də bir çox quş növləri ilə də qarşılaşmaq mümkündür. Bundan başqa Milli Parkın marşrutdan kənar digər ərazilərində fərqli heyvan növləri vardır ki, bunlardan ən çox tanınmış olanı Qafqaz Bəbiridir.
Gölə hər fəsildə getmək mümkündür, əsas turistik mövsümü yaz, yay və payızın əvvəlindədir. Ölkənin ən ççox yağıntı düşən ərazisi olduğu üçün, havanın yağıntılı vaxtı gediş məsləhət görülmür. Bunun üçün səfərdən əvvəl, hava proqnozunun uyğun olub-olmamasını dəqiqləşdirmək məsləhət görülür. Qeyd edək ki, göl Milli Park ərazisində yerləşdiyi üçün daxil olunarkən milli park prosedurlarına əsasən ödəniş etmək gərəklidir. Hiking marşrutlar içərisində ən asanlardan biridir deyə bilərik. Yeni başlayanlar üçün kifayət qədər maraqlı, mənzərəli və rahat bir marşrutdur. Marşrut başlanğıcdan sonadək rənglərlə işarələnmişdir.

Yorumlar

    You can or this trail